BAKI, 23 oktyabr — Sputnik. Ötən gün Hacıqabulda avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Abbasov İbrahim Eldəniz oğlu "DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı yük avtomobilini sərxoş vəziyyətdə idarə edərkən yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.
Məlumata görə, Z.Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kəndi üzrə İcra Nümayəndəsi vəzifəsində çalışıb.