SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yeni Baş nazir bir neçə şəxsi vəzifəsindən azad etdi

Baş nazir Əli Əsədov Nazirlər Kabinetində üç şəxsi vəzifəsindən azad edib. Onların vəzifələrinə hələlik təyinat yoxdur
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Yeni təyin olunan Baş nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

Sputnik AzərbaycanReport”a istinadən bildirir ki, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifələrindən azad ediliblər.

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş nazir təyin edilib.