Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 23 oktyabr – Sputnik. Bərdə rayonunda bədbəxt hadisə baş verib. Telekommunikasiya idarəsinin işçisi, 1983-cü il təvəllüdlü Səbuhi Məmmədov iş vaxtı baş verən qəzanın qurbanı olub.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, S. Məmmədov Alpoud kəndi ərazisində kabelə maneə yaradan ağacların budanması işini görərkən yıxılıb. O, Mərkəzi Rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Xəsarət almış şəxs gecə saatlarında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.