SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Akif Əli Zadəyə orden verildi

Akademik Akif Əli Zadə bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postundan istefa verib
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan Respublikasında elmin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehdi oğlu Əli Zadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, akademik Akif Əli Zadə bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postundan istefa verib.