CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Avtomobil bazarı" adlanan yerdə qəza olub, xəsarət alanlar var

Qapalı kəllə-beyin travması alan 32 yaşlı şəxs 3 saylı şəhər xəstəxanasına aparılıb, 46 və 49 yaşlı 2 nəfərə isə yerində yardım göstərilib
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Köhnə avtomobil bazarının yaxınlığında 2 minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, baş verən yol nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb. Qapalı kəllə-beyin travması alan 32 yaşlı şəxs 3 saylı şəhər xəstəxanasına aparılıb, 46 və 49 yaşlı 2 nəfərə isə yerində yardım göstərilib.