“Böyük hörmətsizlik”: Ukraynanın birinci xanımı tənqid atəşinə tutuldu - FOTO

Ukrayna liderinin xanımının paltarı və əlcəkləri sosial media istifadəçilərinin ciddi narazılığına səbəb olub
Sputnik

BAKI, 23 oktyabr — Sputnik. Sosial media istifadəçiləri Ukraynanın birinci xanımı Yelena Zelenskayanın Yaponiya imperatoru Naruhitonun şərəfinə baş tutmuş qəbulda geyindiyi libası tənqid ediblər. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, Zelenskaya "imperatora hörmətsizlik"də günahlandırılıb.

Belə ki, Ukrayna liderinin xanımı tədbirə əynində limon rəngində paltar və əlcəklərlə gəlib. Bu rəng sosial media istifadəçilərinin narazılığına səbəb olub.

"Xarici nümayəndə heyətlərinin üzvləri Yaponiyada rəsmi qəbulda heç vaxt sarı rəngli paltarlar geyinmirlər. Çünki bu ya imperatora hörmətsizlik, ya da imperator ailəsi ilə əlaqələrin nümayişi ola bilər", - Lesia Tkaç adlı "Facebook" istifadəçisi yazıb.

"Bu rəngdə paltar geyinmək olmazdı! Bu monarxlara qarşı təhqirdir! Ukrayna indi Yaponiyadan heç nə görməyəcək", - digər bir "Facebook" istifadəçisi Svetlana İvanova qeyd edib.

"Birinci xanımın dizayneri və stilisti açıq aydın təxribatçıdır", - Kseniya Svarovski yazıb.

"Cütün protokolla əlaqəli problemləri var", - Svetlana Korneeva deyib.

VIII əsrdə Yaponiyada qadağa olunan rənglər sistemi hazırlanıb. Qanuni statusa malik olmasa da, bu sistem indiyədək qalır. Xüsusilə, narıncı-qum rəngi yalnız imperatorun üst geyimi üçün istifadə olunub və digərləri üçün bu rəng qadağan edilib. Hazırda imperatorun təntənəli şəkildə taxta çıxma mərasimlərində də onun geyimi bu rəngdə olur.