CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qaraçı qızı sənədi olmadığı üçün şagird ola bilmir

"Yəqin ki, yanvaradək uşağın sənədinin tapılması, yaxud da yenidən bərpasına möhlət veriləcək. Əks halda,  Xatirə bu il elə dinləyici kimi qalacaq"
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. "Bakı Şəhər Baş Təhsil İdarəsi Xatirənin məktəbə getməyi ilə bağlı qərar verib. Lakin Xatirənin sənədi olmadığı üçün o, şagird deyil, dinləyici kimi sinifdə oturacaq". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə deyib.

Xatırladaq ki, yaşının 7 olduğu təxmin edilən Xatirə Roma qrupundan olan qaraçı uşaqdır. Polis tərəfindən sığınacağa gətirildikdən sonra isə valideynlərinin axtarışı istiqamətində müəyyən addımlar atılsa da, onları tapmaq mümkün olmayıb.

Bakıda qaraçı qızı sənədi olmadığı üçün şagird ola bilmir

Artıq onun sənədinin tapılması üçün Bakı şəhər Baş Polis idarəsinə müraciət edilib: "Yəqin ki, yanvaradək uşağın sənədinin tapılması, yaxud da yenidən bərpasına möhlət veriləcək. Əks halda, Xatirə bu il elə dinləyici kimi qalacaq".

14 yaşlı bir qızımız da var. O, burada 5 yaşlı qardaşı ilə birgə qalır. Qızın sənədi yoxdur, bu yaşadək ümumiyyətlə məktəbə getməyib. O, ilk növbədə fərdi təhsil almalıdır. Çünki 14 yaşlı qızı birinci sinifdə parta arxasında oturtmaq düzgün deyil. Təsəvvür edin, Xatirənin sənədinin düzəlməsi məsələsi nə qədər çətindirsə, 14 yaşlı qızın fərdi təhsilə cəlb olunması ondan iki dəfə çətindir. Bundan başqa, sığınacağımızda olan digər iki uşağın sənədi var idi, sadəcə olaraq onların köçürülmə prosesi ləngiyirdi. Artıq onlar məktəbə gedirlər", - deyə o əlavə edib.