CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Şahin Mustafayev barədə sərəncam imzaladı

Dövlət başçısı Şahin Abdulla oğlu Mustafayevi Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edib
Sputnik

BAKI, 22 oktyabr — Sputnik. Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Aərbaycan xəbər verir ki, Sərəncamla Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilib.

Başqa bir Sərəncamla isə Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilib.