SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin və Ərdoğan Suriya məsələsində hansı addımları atacaqlar – politoloq şərhi

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyə Əsəd və Rusiya hərbçilərinin İdlibdə antiterror əməliyyatına başlamasına razılıq verə bilər
Sputnik

Oktyabrın 22-də Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü olacaq. Bir çox ekspertlər bu görüşdə əsas müzakirələrin Suriya məsələsi ətrafında gedəcəyini bildirirlər.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Rusiya və Türkiyə Suriya məsələsinin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır: “Rusiya Türkiyənin Suriyadakı əməliyyatından narahatdır, amma əməliyyatın da əleyhinə deyil. Türkiyə də öz növbəsində Əsəd və Rusiya hərbçilərinin İdlibdə antiterror əməliyyatına başlamasına razılıq verə bilər. Həmçinin bu görüşdən sonra Ankara və Dəməşq arasında danışıqlar başlaya bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz