SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Azərbaycan Prezidenti Krasnoyarsk diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbərin onu kədərləndirdiyini bildirib
Sputnik

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Krasnoyarsk diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".