Kişiləri qadınlara tay etdilər: rəsmi qərar da var

Donanmanın kontr-admiralı Devid Proktor bildirib ki, bu yeniliklərlə rəhbərlik şəxsi gigiyena və xarici görünüş cəhətdən qadınlarla kişilərin arasında fərqlərin olmadığını göstərmək istəyir
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Yeni Zelandiyada ordu ilə bağlı yeni qaydalar qoyulub.

Ekspert: Qadınlar ən yaxşısını seçir, kişilər kimi oldu

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir, noyabrın 1-dən qüvvəyə minəcək qaydaya görə, həmin gündən etibarən hərbi qulluqçular xarici görünüşlərinə daha çox diqqət yetirməli olacaqlar.

Tək qadın yox, kişi hərbçilərə də parlaq olmayan makiyajdan istifadə etmək, dırnaqları şəffaf və açıq rəngli boya ilə boyamaq, taxma kirpik qoymaq icazəsi veriləcək. Onlar həmçinin ətir və odekolondan istifadə edə bilərlər. Yeganə qadağa, əvvəlki kimi, pirsinq və qeyri-adi saç düzümləridir.

Donanmanın kontr-admiralı Devid Proktor bu münasibətlə bildirib ki, bu yeniliklərlə rəhbərlik şəxsi gigiyena və xarici görünüş cəhətdən qadınlarla kişilərin arasında fərqlərin olmadığını göstərmək istəyir.