CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev üç müğənniyə Xalq artisti adı verdi

Üç müğənnini Prezident İlham Əliyev Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə fəxri adla mükafatlandırıb
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Prezident İlham Əliyev estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilsin: Ağayeva Tünzalə Qabil qızı, Mirbabayev Mir Yusif Mir Heydər oğlu, Nəcəfova Röyalə Yaqub qızı".