Suriyadan çıxarılan ABŞ hərbçilərinin son mənzili bəlli oldu

Prezident Donald Trampın qərarı ilə Suriyadan çıxarılan 1000-ə yaxın hərbçi İraqın qərbində yerləşdiriləcək
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. ABŞ Suriyadan çıxardığı hərbçilərini İraqa yerləşdirir. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Məlumata əsasən, ABŞ hərbçilərinin olduğu yüzdən artıq avtomobil Suriya-İraq sərhədində yerləşən Sahela sərhəd-keçid məntəqəsini keçib.

Sərhədi keçən ABŞ avtomobillərini təyyarələr də qoruyub. ABŞ hərbçilərinin İraqın Ənbar vilayətində yerləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, Birləşmiş Ştatların Müdafiə naziri Mark Esper ötən gün bildirmişdi ki, Prezident Donald Trampın qərarı ilə Suriyadan çıxarılan 1000-ə yaxın hərbçi İraqın qərbində yerləşdiriləcək.