CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qüdrət Qurbanov orden aldı

Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qurbanov ordenlə təltif edilib
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Prezident İlham Əliyev Qüdrət Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilsin.