İranı güclü zəlzələ silkələdi

Təkanlar yerin 10 kilometr dərinliyində baş verib. Zəlzələ nəticəsində dəyən zərər barədə hələ məlumat verilmir
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Bu gün günorta saatlarında İranda 5,7 bal gücündə zəlzələ baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, zəlzələ Birləşmiş Ərəb Əmirliklərində də hiss edilib.

Təkanlar yerin 10 kilometr dərinliyində baş verib. Zəlzələ nəticəsində dəyən zərər barədə hələ məlumat verilmir.