BAKI, 21 oktyabr — Sputnik. Amerikanın cənub-şərqindəki Texas ştatında güclü qasırğa baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, qasırğa binalara zərər vurub və 112 min insan işıqsız qalıb.
Təbii fəlakət 60 min insana zərər vurub. Evlərdə pəncərələrin şüşəsinin sınması nəticəsində onlarla insan yaralanıb. Ciddi xəsarət alan olmayıb. Külək ağacları da yerindən qoparıb. Qasırğa 6 yaşayış məntəqəsinə ziyan vurub. Onlardan 4-nün sakinləri evlərini tərk edib. Təbii fəlakət zamanı zədələnən binalarda qaz sızması da müşahidə edilib. Dallasın şimal-qərbindəki yeddi məktəb dərsləri dayandırıb.