CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda arağa tələbat artıb

Doqquz ay ərzində üzüm şərabının istehsalı ötən ilin öncəki dövrü ilə müqayisədə 42.2 faiz artaraq 446,4 min dekalitr təşkil edib
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 1345,2 min dekalitr təşkil edib. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 251,1 min dekalitr likör istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 3,1 dəfə çoxdur.

Qeyd olunan dövrdə üzüm şərabının istehsalı isə ötən ilin öncəki dövrü ilə müqayisədə 42.2 faiz artaraq 446,4 min dekalitr təşkil edib.

Həmin dövrdə 4 443,8  papiros və siqaret istehsal edilib.