HADİSƏ

Qaz sızmaları aradan qaldırılır

Qaz təminatındakı fasilələr Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov, Y. Hüseynov, Natəvan küçələrində müşahidə olunur.
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar qaz təchizatı səhər saatlarından müvəqqəti olaraq dayandırılıb. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Bildirilib ki, hazırda qaz təminatındakı fasilələr Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov, Y. Hüseynov, Natəvan küçələrində müşahidə olunur.