Bir neçə saatları qalıb, yoxsa əməliyyat yenidən başlayacaq – Çavuşoğlu

"Sabah Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyik. Bu görüş də olduqca əhəmiyyətlidir" - XİN rəhbəri
Sputnik

BAKI, 21 oktyabr — Sputnik. "ABŞ-la əldə edilən razılaşmaya əsasən, 120 saat ərzində Suriyanın şimalındakı bütün terror ünsürləri oradan geri çəkilməlidirlər".

Suriyadan çıxarılan ABŞ hərbçilərinin son mənzili bəlli oldu

Sputnik Azərbaycan xəbər verir ki, "TRT World Forum"unda çıxışı zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

XİN başçısı sanksiyalar altında yaşamağın mümkünsüz olduğunu bildirib.

"YPG/PYD terrorçuları hazırda nəzarət etdiyimiz bölgələri tərk etməyə başlayıblar. 35 saat qalıb, 35 saat ərzində geri çəkilməsələr, "Sülh bulağı" hərəkatı yenidən başlayacaq. Sabah Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyik. Bu görüş də olduqca əhəmiyyətlidir", - deyə Çavuşoğlu vurğulayıb.