HADİSƏ

Velosipeddən yıxılan müəllim xəstəxanada öldü

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə paytaxt xəstəxanalarından birinə çatdırılıb və əməliyyat olunub
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Cəlilabadda velosipeddən yıxılan şəxs xəstəxanada vəfat edib.

Alman bayker Azərbaycanda qolunu qırdı

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə bir neçə gün öncə Cəlilabad rayonunda baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Alışanov Rəşid Vəliməmməd oğlu velosipeddən yıxılıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə paytaxt xəstəxanalarından birinə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Lakin R.Alışanov cərrahi əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, R.Alışanov ingilis dili müəllimi işləyib. Faktla bağlı araşdırma aparılır.