HADİSƏ

Usta öz əlini doğradı

Sol əli və barmaqlarından ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Mingəçevir rayonunda usta laqunda ilə özünə xəsarət yetirib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Naxşıvan küçəsi 29 ünvanında baş verib. Belə ki, həmin ünvanda məhəllədə təmir işləri ilə məşğul olan, 1975-ci il təvəllüdlü usta İsayev Elşən Qərib oğlu ehtiyatsızlıq nəticəsində laqunda ilə əl nayihəsini doğrayıb. O, sol əli və barmaqlarından ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralı dərhal əməliyyat olunub.