Ledi Qaqadan yeni hoqqa: özü yıxıldığı az idi... - VİDEO

"Biz bir-birimizin qucağına atıldıq. Biz "Titanik"dəki Cek və Rouz kimiydik", - deyən Ledi Qaqa səhnədə ilk dəfə yıxılmadığını vurğulayıb
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. MGM's Park Theater-də sonuncu "Eniqma Las-Veqas" şousunda Ledi Qaqa səhnədən birbaşa pərəstişkarlarının üzərinə yıxılıb.

Sputnik Azərbaycan bildirir ki, maraqlı məqamları oxucuları ilə NBC NEWS paylaşıb.

Ledi Qaqa konsertdə pərəstişkarlarından birini səhnəyə çağırıb. Kişi qucağına atılan müğənnini yuxarı qaldırarkən, Ledi Qaqa ayaqlarını onun belinə dolayıb və tullanmağa başlayıb. Bu zaman müvazinətini saxlaya bilməyən pərəstişkarın ayağı ilişib və onlar ikisi birlikdə parterdəki tamaşaçıların üstünə yıxılıblar.

Bu məqamı Twitter-dəki hesabından paylaşan Ledi Qaqa: "Projektorları niyə onun üzərinə saldılar, ağlayıram", - şərhini yazıb.

​Müğənni skelet-əzələ pozğunluğu olan fibromialgiyadan əziyyət çəkir. Buna baxmayaraq, təhlükəsizlik işçilərinin köməyilə tez bir zamanda səhnəyə qayıdıb. Hələ birlikdə yıxıldığı kişini də yenidən yanına dəvət edib, könlünü almağa çalışıb: "Mənə bir şeyi söz verə bilərsiniz? Elə indicə baş verən olaya görə özünüzü bağışlaya bilərsinizmi?"

"Biz bir-birimizin qucağına atıldıq. Biz "Titanik"dəki Cek və Rouz kimiydik", - deyən Ledi Qaqa səhnədə ilk dəfə yıxılmadığını vurğulayıb.