HADİSƏ

Yay bitib, ilanlar öz işindədir

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində ilansancma hadisəsi baş verib. Yaralı xəstəxanaya çatdırılıb
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Goranboy sakinini ilan sancıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Tapqaraqoyunlu kəndində baş verib. Təsərrüfatda çalışarkən 1973-cü il təvəllüdlü kənd sakini Əhmədov Tərlan Tariyel oğlunun topuq nahiyəsindən ilan sancıb.

T. Əhmədov dərhal xəstəxanaya yerləşdirilib.