İQTİSADİYYAT

Azərbaycan iqtisadiyyatının inkişafına təsir edən amillər nələrdir – ekspert şərhi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, Azərbaycanda biznesin inkişafı sabit iqtisadi mühitdə baş verir
Sputnik

Bu il Azərbaycanda 2,7%-lik, 2020-ci ildə isə 2,1%-lik iqtisadi inkişaf olacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yayımladığı “Global Economic Outlook” hesabatının oktyabr sayında qeyd edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, biznesin inkişafı sabit iqtisadi mühitdə baş verir:

“Milli valyutanın sabit olması, işsizlik səviyyəsi və iqtisadi artım templəri nəzərə alınmalıdır. Digər tərəfdən, ölkəmizin iri energetika və nəqliyyat layihələrini həyata keçirməsi də iqtisadi inkişafa təsirini göstərib. Azərbaycan bundan sonra da uzun illər xarici investisiyaları cəlb edəcək. Bu da ölkəmizin dünya iqtisadiyyatındakı mövqeyini qorumasına imkan verəcək” .

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz