CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alman bayker Azərbaycanda qolunu qırdı

Bir neçə motosikletin olduğu karvan hərəkət edən zaman yola qoyun sürüsü çıxıb. Motosikleti aşıran sürücü müxtəlif dərəcəli xəsarətlər alıb
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Şamaxıda motosiklet aşıb.

"Ölümündən" yeddi saat sonra evə qayıtdı

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, qəza Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində baş verib. Bir neçə motosikletin olduğu karvan hərəkət edən zaman yola qoyun sürüsü çıxıb. Motosiklet sürücülərindən biri, Almaniyanın Ausberq şəhər sakini, 1996-cı il təvəllüdlü Feliks Antoniyus idarəetməni itirib. Nəticədə motosiklet aşıb və sürücünün qolu sınıb, müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.