HADİSƏ

Ağsuda qadın iki uşağını yetim qoydu

İki dəfə ailə həyatı quran və 2 uşaq anası olan qadın sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib
Sputnik

BAKI, 20 oktyabr — Sputnik. Ağsu rayonunda intihar hadisəsi baş verib.

Hər il dörd yüz adamı bu səbəbdən itiririk - qadın və uşaqlara diqqət edin

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Bənəcik kəndində qeydə alınıb. Rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.