İQTİSADİYYAT

Professor: “Prezident hökumətin iqtisadi blokuna önəmli mesajlar verib”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, müəyyən edilmiş istiqamətlərdə makroiqtisadi idarəetmə həyata keçirilməlidir
Sputnik

“Bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi müşavirədə deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, prezidentin səsləndirdiyi fikirlər iqtisadi sferada mövcud problemlərə adekvat yanaşmanın olduğunu nümayiş etdirdi:

“Hesab edirəm ki, müşavirədə hökumətin iqtisadi blokuna önəmli mesajlar verildi. Prezident iqtisadi bloka və Mərkəzi Banka siqnallar ötürdü ki, müəyyən edilmiş istiqamətlərdə makroiqtisadi idarəetmə həyata keçirilməlidir. Bunun üçün ölkə iqtisadiyyatında təkrar istehsalın bütün kompenentləri üzrə potensial mövcuddur”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz