BAKI, 19 oktyabr — Sputnik. Yer kürəsinə 162082 (1998 HL1) asteroidi yaxınlaşır.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Qeyd edilib ki, obyektin planet üçün heç bir təhlükəsi yoxdur. Asteroidin ölçüsü 400 metrdən 1 kilometrə qədər ola bilər.
Mütəxəssislər iddia edir ki, asteroid Yer kürəsinə oktyabrın 25-də saat 20:21-də yaxınlaşacaq. Qeyd edilib ki, asteroid özündə 5 mindən çox obyekti birləşdirən "Appolon" qrupuna aiddir.
162082 asteroidi 1998-ci il aprelin 18-də aşkar edilib.