SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin ölkəmizdəki keçmiş səfiri Suriyadakı əməliyyatlardan danışır

Hulusi Kılıç deyir ki, Türkiyə 910 kilometrlik sərhəddi boyunca əhalisinin təhlükəsizliyini təmin etmək üçün bu əməliyyatları keçirir
Sputnik

“Beynəlxalq təşkilatlar və digər dövlətlər PKK-nın terror təşkilatı olduğunu qəbul edir”. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.

O bildirib ki, bu gün Suriyanın şimalında PKK-nın təbliğatı aparılır: “Türkiyə həmin ərazilərdə əməliyyat keçirir. Bizim üçün YPG, PKK və digərləri terror təşkilatıdır. PKK-nı terror təşkilatı kimi qəbul edənlər niyə bunu qəbul etmək istəmir? Türkiyə 910 kilometrlik sərhəddi boyunca əhalisinin təhlükəsizliyini təmin etmək üçün bu əməliyyatları keçirir”.

Hulusi Kılıçın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz