Səyahət üçün ən ucuz ölkələrin siyahısı: iki qonşumuz onluqda

"Lirənin məzənnəsi düşəndən sonra Türkiyə şoppinq baxımından ən ucuz ölkə oldu. Özü də söhbət brend geyimdən gedir"
Sputnik

BAKI, 19 oktyabr — Sputnik. Ekspertlər müstəqil turistlərdən səyahət etdikləri hansı ölkədə planlaşdırdıqlarından daha az pul xərclədiklərini soruşublar.

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Aviasales məlumat yayıb.

Servisin mütəxəssisləri on min istifadəçinin rəyini soruşaraq istirahətin hansı ölkədə daha ucuz başa gəldiyini öyrəniblər.

Turisti İtaliyada soydular, dilbilməz polisə dərdini ariya ilə anlatdı

Rəyi soruşulanların 23%-i Çexiyaya uçmağın daha ucuz olduğu qənaətindədir. Siyahının ikinci pilləsində Macarıstan qərarlaşıb. Hunların ölkəsini 17% turist sərfəli hesab edib, çünki onların fikrincə, burada həm əyləncənin, həm də restoranlarda yeməklərin qiyməti baha deyil.

15% turist Serbiyanı istirahət üçün əla seçim sayır: həm yol xərci, həm də qida cibə ziyan vurmur.

Rəyi soruşulanların 14%-i İspaniyanı, 10%-i Vyetnamı, 9%-i Gürcüstanı, 7%-i isə Portuqaliyanı səyahət üçün əlverişli hesab edib.

Onluğu turistlərin 5%-nin rəyi ilə Türkiyə tamamlayıb. Turistlərdən biri deyib: "Lirənin məzənnəsi düşəndən sonra Türkiyə şoppinq baxımından ən ucuz ölkə oldu. Özü də söhbət brend geyimdən gedir - firma mağazalarında, bazarda yox".