RUSİYA

Rusiyada bənd dağıldı: Onlarla ölü və yaralı var

Rəsmilərin fikrincə, bəndin dağılmasına bənd gövdəsinin aşınması və ya yağışdan sonra yuyulma səbəb ola bilər. Bəndin dağılması ilə su altında qalan yataqxanalarda 80 nəfərin olduğu ehtimal edilir
Sputnik

BAKI, 19 oktyabr — Sputnik. Rusiyanın Krasnoyarsk diyarının Kuraqinsk rayonunun Şetkino qəsəbəsində bənd uçub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sel dalğasının hündürlüyü 4 metrdən yüksək olub.

Bəndin uçması nəticəsində ən azı 13 nəfər ölüb, 13 nəfər itkin düşüb və 44 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Krasnoyarsk Ərazisi və Xakasiya Respublikası Sığorta Şirkəti Baş İdarəsi rəhbərinin böyük köməkçisi Olga Şamanskaya, hadisəyə yuxarıdakı başqa bir bəndin dağıdılmasının səbəb olduğunu deyib.

Rəsmilərin fikrincə, bəndin dağılmasına bənd gövdəsinin aşınması və ya yağışdan sonra yuyulma səbəb ola bilər. Bəndin dağılması ilə su altında qalan yataqxanalarda 80 nəfərin olduğu ehtimal edilir.

Hazırda hadisə yerində 270 nəfər və 50 texnika çalışır.

Hadisə ilə bağlı Rusiya Federasiya Cinayət Məcəlləsinin 216-cı maddəsilə (İş zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox insanın ölümünə səbəb olma) cinayət işi açılıb.