FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qaynar onluq: Dünyanın ən gözəl qızları

Sputnik

İngiltərəli plastik cərrah Culian De Silva gözəlliyin müəyyənləşdirilməsinə elmi cəhətdən yanaşıb. O, dünya ulduzlarının dodaqları, burunu, çənəsi, alınının yerləşməsini kompüter analizi vasitəsilə hesablayaraq, ən ideal formul tapıb. Nəticədə, supermodel Bella Hadid 94,35 faizlə ideal nisbətə yaxınlaşıb.

İkinci yerdə həkimin sistemi ilə 92,44 faiz toplayan amerikalı müğənni Beyons, üçüncü yerdə isə aktrisa Emberd Herd gəlir. Yeri gəlmişkən, 91,85 faiz toplayan aktrisanın ən ideal burnu var. İlk onluğa Ariana Qrande, Teylor Svift, Keyt Moss, Skarlet Yohanson, Natali Portman, Keti Perri və Kara Delevin daxildirlər.

Maraqlıdır ki, Bella Hadidin böyük bacısı, supermodel Cici Hadid dünyanın ən gözəl qızlarının onluğuna daxil olmayıb.

1 / 10
Amerikalı model Bella Hadid tanınmışlar arasında dünyanın ən gözəl qızı seçilib
2 / 10
İkinci pillədə amerikalı müğənni Beyons Noulz qərarlaşıb
3 / 10
Amerikalı aktrisa Emberd Herd ilk üçlüyü bağlayır
4 / 10
Dördüncü yerə amerikalı müğənni və aktrisa Ariana Qrande sahib çıxıb
5 / 10
Amerikalı müğənni və aktrisa Teylor Svift beşincidir
6 / 10
Britaniyalı model Keyt Moss altıncı yeri tutub
7 / 10
Amerikalı aktrisa Skarlet Yohanson yeddincidir
8 / 10
Səkkizinci yerdə amerikalı aktrisa Natali Portman qərarlaşıb
9 / 10
Müğənni Keti Perri doqquzuncu yerdədir
10 / 10
Top 10-u britaniyalı model Kara Delevin bağlayır