RUSİYA

Bir yaşlı körpə təyyarədə öldü

Tatarıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, İsrail vətəndaşı olan bir yaşlı körpə qızın Şeremetyovo hava limanına enməsi planlaşdırılan Airbus A330 təyyarəsində nəfəsi dayanıb
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. "Aeroflot" aviaşirkətinə məxsus, Phuketdən Moskvaya uçan təyyarə Kazanda məcburi eniş edib.

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, buna səbəb bir yaşlı qızın özünü pis hiss etməsi olub.

"Komandir Kazanda təcili eniş etməyi qərara aldı. Təyyarəyə yaxınlaşan reanimasiya briqadasının səylərinə baxmayaraq, çox təəssüf ki, körpə keçindi", - şirkətin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Tatarıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, İsrail vətəndaşı olan bir yaşlı körpə qızın Şeremetyevo hava limanına enməsi planlaşdırılan Airbus A330 təyyarəsində nəfəsi dayanıb. Ona kömək edə bilməyiblər.

Təyyarədə 274 sərnişin, o cümlədən 42 uşaq və 12 heyət üzvü olub.