SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq ABŞ nümayəndə heyətinin Türkiyəyə səfərindən danışır

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, ABŞ nümayəndə heyətinin Türkiyəyə bu səfərində qaranlıq məqamlara aydınlıq gələcəyini düşünür
Sputnik

ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Türkiyəyə gəlib. Məlumatı Türkiyə KİV-i yayıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Suriyanın şimalı uzun müddətdir Türkiyə üçün təhdid yaradırdı: “İkili standartlar bu məsələyə yanaşmada da özünü göstərir. Baş verənlər göstərir ki, qərb dövlətləri, o cümlədən ABŞ Türkiyənin maraqlarını nəzərə almaq istəmir. Bütün bunlar münasibətlərdə böhran yaradır. ABŞ nümayəndə heyətinin Türkiyəyə bu səfərində qaranlıq məqamlara aydınlıq gələcəyini düşünürəm. Türkiyənin Suriyada təhlükəsizlik zonası yaratmaq üçün keçirdiyi əməliyyatlar qərb dövlətlərinin də marağında olmalıdır”.

Qeyd edək ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın vitse-prezidenti Maykl Penslə danışıqlar aparıb. Tərəflər Türkiyənin Suriyada hərbi əməliyyatının müvəqqəti dayandırılması barədə razılığa gəliblər.