QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan təcili Təhlükəsizlik Şurasını topladı – Gündəmdə Qarabağ da var

Təhlükəsizlik Şurasının iclası təhlükəsizlik məsələləri kontekstində olduqca önəmlidir və iqtisadi və siyasi xarakterli qərarlar qəbul edilir
Sputnik

BAKI, 18 oktyabr — Sputnik. Ermənistanda Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

"İclas bizim regionumuzda baş verən gərgin proseslər fonunda baş verir və biz bu gün bununla bağlı müzakirələr aparacağıq. Təbii ki, beynəlxalq vəziyyətə dair fikir mübadiləsi aparılacaq. Həmçinin Qarabağ münaqişəsinin nizamlanmasına dair hazırkı vəziyyəti müzakirə edəcəyik", - deyə Paşinyan qeyd edib.

Ermənistan Baş naziri vurğulayıb ki, Təhlükəsizlik Şurasının iclası təhlükəsizlik məsələləri kontekstində olduqca önəmlidir və iqtisadi və siyasi xarakterli qərarlar qəbul edilir.