SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zaxarova Zatulinin Qarabağa qanunsuz səfərini şərh edib

Rusiya XİN-in rəsmi nümayəndəsi bir daha bəyan edib ki, Rusiya XİN-in Qarabağ münaqişəsi və onun nizamlanması ilə bağlı mövqeyi hər kəsə yaxşı məlumdur və dəyişməz olaraq qalır.
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Rusiyalı deputat Konstantin Zatulinin Dağlıq Qarabağ səfəri ilə bağlı Azərbaycan tərəfinin göndərdiyi sənədi Rusiya Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə alıb.

XİN bəyanat yaydı: Zatulinin səfəri təxribatdır

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı Azərbaycan tərəfinin Rusiya XİN-nə yolladığı notanı şərh edərkən deyib.

Azərbaycan tərəfi oktyabrın 15-də Rusiya XİN-ə oktyabrın 11-də Qarabağda keçirilən "forum"da Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin iştirakı ilə əlaqədar nota göndərib.

Zaxarova növbəti dəfə Rusiya XİN-in saytında artıq çoxdan yerləşdirilmiş "Azərbaycan tərəfinin Azərbaycan hakimiyyətinin xüsusi icazəsi olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini və ona bitişik yeddi inzibati rayonu ziyarət edən vətəndaşların bundan sonra Azərbaycan Respublikası ərazisinə daxil olmasına icazə verməkdən imtina etdiyi" barədə aktual xəbərdarlığa diqqət çəkib.

"Bu, sitatdır, bu, aktual informasiyadır, bu, aktual xəbərdarlıqdır. Bu, hər kəsə aiddir və bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini əks etdirir", - deyən Zaxarova müvafiq bölgəyə səyahət etmək istəyən çox az adamın bu xəbərdarlığa məhəl qoyması ilə bağlı təəssüfünü ifadə edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi bir daha bəyan edib ki, Rusiya XİN-in Qarabağ münaqişəsi və onun nizamlanması ilə bağlı mövqeyi hər kəsə yaxşı məlumdur və dəyişməz olaraq qalır.

Dağlıq Qarabağın yekun statusuna gəlincə, Zaxarovanın fikrincə, Rusiya tərəfinin bu məsələ ilə bağlı indiyədək verdiyi bütün qiymətləndirmələr və bəyanatlar hələ də aktualdır. O qeyd edib ki, status Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə müəyyən edilməlidir.

Məmmədyarov Qarabağ münaqişəsinin həllində MDB-nin rolunu şərh edib

"Rusiyalı siyasətçilərin, xüsusən qanunverici orqanların nümayəndələrinin və ya vətəndaş cəmiyyətini təmsil edən insanların bu mövzuda müvafiq bəyanatlarına gəldikdə, biz onların şəxsi nöqteyi-nəzərlərini əks etdirdiklərinə əsaslanırıq", - deyə XİN yetkilisi əlavə edib.

Eyni zamanda, Zaxarova qeyd edib ki, bu, bir ekspert baxışı, yaxud bir siyasi bəyanat ola bilər. Lakin bu məsələdə hər hansı rəsmi nöqteyi-nəzəri müvafiq icra hakimiyyəti institutu əks etdirir. Onun sözlərinə görə, Rusiyada prezidentinin xarici siyasəti, müvafiq olaraq, Prezident Administrasiyasının, müvafiq strukturların və Xarici İşlər Nazirliyinin, eyni zamanda bu cür açıqlamalar vermək səlahiyyətinə malik olan və bütün dövlətin mövqeyini əks etdirən şəxslərin səlahiyyətindədir.