CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayağından əməliyyat olunan müavin dünyasını dəyişdi

Yıxılaraq bədən xəsarəti almış Rəşad Rüstəmov xəstəxanaya yerləşdirilsə də, bir neçə gündən sonra dünyasını dəyişib
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov bir neçə gün əvvəl yaşadığı evdə təmir işlərinə yardım edərkən yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə görə, onun ayağı iki yerdən sınıb. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib. O, Ağcabədi rayon Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatından sağ çıxmayıb.

Ayağından əməliyyat olunan müavin dünyasını dəyişdi

Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmovun belə bir şəraitdə dünyasını dəyişməsi onun qohumları tərəfindən birmənalı qarşılanmayıb. Sınığa görə edilən cərrahiyyə əməliyyatının ölümlə nəticələnməsi müəmmalı fikirlərin yaranmasına səbəb olub.

Hazırda faktla bağlı araşdırma aparılır.