HADİSƏ

Nazirlik dəhşətli qətllə bağlı məlumat yaydı

Azadlıq prospektində özünü avtobusun altına atan V.Hüseynov polis əməkdaşlarının nəzarəti altında  xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

Gəncədə torpaq davası qətllə sona çatdı

Sputnik Azərbaycan-ın məlumatına göə, nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gəlmiş keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynov münaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb.

V.Hüseynov sonra Azadlıq prospektində özünü avtobusun altına atıb. Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib. Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.