BAKI, 17 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüş keçirilib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, mətbuata qapalı keçirilən görüş 1 saat 40 dəqiqə davam edib.
Görüşdə “Barış bulağı” hərəkatı çərçivəsində bundan sonra atılacaq addımlar, təhlükəsiz bölgə planı və ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsilə bağlı müzakirələr aparılıb. İkitərəfli görüşdən sonra heyətlərarası görüş başlayıb.
Türkiyə tərəfdən müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Berat Albayrak, ABŞ tərəfdən isə vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo və Suriya üzrə təmsilçi Ceyms Cefri iştirak ediblər.