CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq 10 milyondan bir az da çoxuq – Əhalinin sayı açıqlandı

Məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşan, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır
Sputnik

BAKI, 17 oktyabr — Sputnik. Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53894 nəfər və ya  0,5 faiz artaraq 2019-cu il sentyabr ayının 1-i vəziyyətinə 10035351 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşan, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.

“Bəs sizi siyahıya alıblar?” - Statistika Komitəsi “hə” deyir, əhali “yox”>>
Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir.

Qeyd edək ki, Azərbaycanda oktyabrın 1-dən 10-na kimi əhalinin siyahıya alınması keçirilib.