BAKI, 17 oktyabr — Sputnik. Ali təhsil müəssisələrinin növbəti reytinq (QS EECA University Rankings 2020) cədvəli açıqlanıb. Dünya reytinqində Azərbaycanın 5 universiteti də var. Sputnik Azərbaycan-ın məlumatına görə, oktyabrın 15-də Böyük Britaniyanın Quacquarelli Symonds şirkəti Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali təhsil müəssisələrinin növbəti reytinqini (QS EECA University Rankings 2020) açıqlayıb. Bu siyahıda ilk yerdə Rusiyanın Lomonosov adına Moskva Dövlət Universiteti qərarlaşıb. İkinci yeri Sankt Peterburq Dövlət Universiteti, üçüncü yerdə isə Novosibirski Dövlət Universiti yer alır. Reytinqə Azərbaycanın 5 universiteti daxil edilib:
Bakı Dövlət Universiteti (201-210);
Xəzər Universiteti (221-230);
Azərbaycan Dövlət İqtisad Universiteti -UNEC (251-300);
Azərbaycan Memarlıq və İnşaat Universiteti (301-350);
ADA Universiteti (301-350).
Siyahının ən son yerlərində isə Türkiyənin Yıdırım Bəyazid Universiteti və Rusiyanın Saratov Dövlət Texniki Universiteti yer alıb.