BAKI, 17 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, ötən həftə paytaxtın Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olarkən ağır yanıq xəsarətləri almış 9 yaşlı Zəhra Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir. Bu barədə Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, hələlik həkimlər onun sağ qolunu amputasiya ediblər. Həkimlər onun ayaqlarının amputasiya olunmaması üçün çalışırlar. Onlar bütün mümkün imkanlardan istifadə edərək, son anadak gözləmək qərarına gəliblər. Əgər bərpa mümkün olsa, amputasiyaya ehtiyac qalmayacaq.