RUSİYA

Ərdoğan Rusiyanı seçdi, ABŞ-a səfər təxirə salınır

Çünki mənimlə, ailəmlə, mənim nazir həmkarlarımla bağlı Konqresdə aparılan müzakirlər Türkiyə Respublikasına qarşı böyük hörmətsizlikdir
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabr ayında Birləşmiş Ştatlara planlaşdırılan səfərinin təxirə salına biləcəyinə işarə edib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının geniş iclasında bildirib.

"Mənim Rusiya səfərimə gəldikdə, bununla bağlı heç bir neqativ yoxdur və böyük ehtimalla səfər baş tutacaq. Mənim Amerikaya səfərimə gəldiksə isə biz bunu ölkəmizə səfər edən ABŞ nümayəndə heyəti ilə danışıqlardan sonra dəyərləndirəcəyik. Çünki mənimlə, ailəmlə, mənim nazir həmkarlarımla bağlı Konqresdə aparılan müzakirlər Türkiyə Respublikasına qarşı böyük hörmətsizlikdir".

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Suriya məsələsi ilə bağlı Türkiyəyə səfər edəcəklər.

Suriya əməliyyatı alman avtonəhənginin Türkiyədəki planlarını poza bilər

Ölkə hərbçilərinin Yaxın Şərqdə "polis" olduğunu və artıq geri qayıtmaq vaxtının çatdığını vurğulayan Tramp Türkiyə və digərlərinə qarşı sərt davranacaqlarını bildirib: "Sülh və təhlükəsizliyi davam etdirməlidirlər. Nəyin baş verəcəyini görəcəyik. Türkiyəyə gedəcək heyət atəşkəs tələb edəcək. Təxmin edə biləcəyiniz ən sərt sanksiyaları tətbiq etdik".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə bağlı Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiya siyahısına artıq Türkiyənin müdafiə və energetika nazirlikləri və onlara rəhbərlik edən Hulusi Akar və Fatih Donmez, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu düşüblər.

Bundan başqa, bir müddət öncə xəbər verilib ki, Vaşinqton Türkiyə istehsalı olan polad üçün tarifləri 50 faizədək artırmaq niyyətindədir.

Birləşmiş Ştatlar həmçinin Ankara ilə 100 milyard dollar dəyərində razılaşma ilə bağlı danışıqları dayandıracaq.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır. Bu günə qədər Suriyanın şimalında keçirilən əməliyyat zamanı 637 terrorçu zərərsizləşdirilib.