HADİSƏ

Bakıda 3 ay əvvəl itmiş kişi tapıldı

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov tapılıb
Sputnik

BAKI, 16 oktyabr — Sputnik. Bakıda üç ay əvvəl itkin düşən kişi tapılıb.

Sputnik Azərbaycan-ın Report-a istinadla xəbərinə görə, iyulun 13-də İ.Qələmov adlı şəxs paytaxtın Qaradağ rayonunda yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov tapılıb.

Faktla bağlı araşdırma aparılır.