BAKI, 16 oktyabr — Sputnik. Artıq bir neçə saatdır ki, ölkənin aparıcı mobil operatorlarından biri olan "Azercell"in fəaliyyətində ciddi problemlər yaranıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, abunəçilər nə zəng edə bilirlər, nə də onlara zəng çatır. Eyni zamanda, internet fəaliyyəti də iflic olub.
Bəzi abunəçilərin bu problemin dünən axşamdan davam etdiyini bildirilər.
“Azercell”-dən verilən məlumatda bildirilib ki, Bakı şəhərinin bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülür və qısa müddət ərzində bu istiqamətdə normal fəaliyyət bərpa ediləcək. Bununla yanaşı, şirkət problemin nədən qaynaqlandığını açıqlamayıb.