Dünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.
Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, bu gün türk dünyasının bir yerdə olması vacib məsələdir:
“Türkdilli ölkələrin ümumi və həllini gözləyən problemləri var. Azərbaycan bu ölkələr üçün tranzit və logistik daşımalarda keçid ölkə kimi əhəmiyyət daşıyır. Bu məsələlərin həlli üçün koordinasiyalı fəaliyyətin qurulması lazımdır. Toplantının prezidentlər səviyyəsində baş tutması da diqqət çəkən məqamdır”.
Qeyd edək ki, Türk Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz