CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polisdən aksiya ilə bağlı açıqlama

"Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək"
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi icazəsiz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan-a BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: "Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək".