BAKI, 15 oktyabr — Sputnik. Tərtər rayonunun Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər.
Pambıqyığan kombaynla qaz xəttini zədələdilər
© © "Azəriqaz" İB-nın mətbuat xidməti
Hadisə zamanı kəmərdə qaz sızması baş verib. Hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədi ilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.