BAKI, 15 oktyabr — Sputnik. "Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VII Zirvəsi uğurla başa çatdı. Bu, 10 il əvvəl Naxçıvan Müqaviləsi imzalandığı gündən bəri Türk Şurası tarixində mühüm bir hadisə idi".
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Qardaş Özbəkistanın tam üzvlüyü ilə gücləndik", - deyə H.Hacıyev Twitter-dəki rəsmi hesabında qeyd edib.