CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı zirvə toplantısı Türk dünyasının gələcəyinə nə vəd edir

Politoloqlar Bakıda keçirilən sammitdə qəbul edilən qərarlar fonunda türk dövlətlərinin əməkdaşlığını hansı perspektivlərin gözlədiyini müzakirə edəcəklər
Sputnik

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VII sammiti keçirilib. Sammitdə Türk dövlətlərinin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın liderləri iştirak ediblər. İlk dəfə olaraq Özbəkistan prezidenti Şuranın tamhüquqlu üzvü kimi sammitə qatılıb. Bununla yanaşı, son illərdə Türk Şurasının işində Macarıstanın baş naziri Viktor Orban da iştirak edir. Bakı sammitində Türkmənistanı Baş Nazirinin müavini Purali Aqamuradov təmsil edib.

Bakıda keçirilən sammitdə qəbul edilən qərarlar fonunda türk dövlətlərinin əməkdaşlığını hansı perspektivlər gözləyir? Bu barədə 18 oktyabr saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçiriləcək "Cənubi Qafqaz" politoloqlar klubunun 63-cü iclasında ətraflı müzakirə aparılacaq. İştirak edəcəklər:

Nəzakət Məmmədova - politoloq,

Əli Hacızadə - "The Greater Middle East" layihəsinin rəhbəri,

Əhməd Əlili - Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru.

Moderator, politoloq İlqar Vəlizadə.

Əlaqə üçün

E-mail: i.velizade@rian.ru.

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).